Karateçilərimiz iki medal qazandı

Sportarena.az      13 Yanvar 2018, 11:00

Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində keçirilən 28-ci Qran-Pri turnirində uğurla çıxış edib.

 

Sportarena.az xəbər verir ki, komandanın üzvləri Hüseyn Məmmədli (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fidan Dadaşova (47 kq) isə bürünc medala layiq görülüb.

 

Yanvarın 11-dən 13-dək keçirilən ənənəvi yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın 22 üzvü iştirak edir. Qran-Priyə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

 

Qeyd edək ki, Xorvatiya səfəri karateçilərimiz üçün fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin