Messi İspaniyada tarixə düşdü

16:20 14 Yanvar 2019

“Barselona” La Liqanın 19-cu turunda "Eybar"ı 3:0 hesabıyla məğlub edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub.Belə ki, matçda hesabı 2:0 edən qolun müəllifi olan Messi La Liqada 400-cü qolunu vurub.

 

La Liqada iştirak etdiyi 435 oyunda 400 qol vuran argentinalı forvard, İspaniya çempionatı tarixinin ən çox qol vuran futbolçusudur.Messi 100-cü qolunu "Almeriya"ya, 200-cü qolunu "Osasuna"ya, 300-cü qolunu isə "Sportinq"ə (Xixon) vurub.


Digər xəbərlər

Xəbər xətti