“Kəpəz” fəaliyyətini dayandırdı - MAAŞ PROBLEMİ

Sportarena.az      18 Yanvar 2018, 15:32

“Kəpəz” dünəndən etibarən məşqləri dayandırıb. Mövsümün ikinci yarısının hazırlıqlarına başlayan, hətta yoxlama matçı da keçirən gəncəlilər boykot qərarı verib.

 

Sportarena.az futbolinfo.az-a istinadən xəbər verir ki, divizion klubunun belə qərar verməsinin səbəbi növbəti dəfə aldadılmalarıdır. 3 aydı maaş verilməyən “Kəpəz”də bu addım məqbul bilinib.Klubda vəziyyət çox acınacaqlıdır. AFFA maliyyələşdirdiyi qərblilərə heç bir ödəniş etmir, bütün məsuliyyət baş məşqçinin boynundadır. Klub rəhbərliyi istefa verib, AFFA yeni təyinatlar etməyib. Belə vəziyyətdə başsız qalan “Kəpəz” əməkdaşlarının səsini assosiasiyaya çatdıran yoxdur. Onlar da çıxış yolunu məşqləri boykot etməkdə görüb.
 

“Kəpəz”də problem təkcə maaşların yubanması ilə bağlı deyil. Hətta komandanın futbolçusu Ziyabil Məmmədov 2500 əməliyyat pulu da xəstəxanaya ödənilməyib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin