"Kəpəz" futbolçuları boykotu dayandırdı - SON DURUM

21:50 19 Yanvar 2019

3 aya yaxındırb maaş ala bilməyən "Kəpəz" futbolçularının məşqləri boykot etmələri haqda mətbuatda məlumatlar gedib.

 

Sportarena.az xəbər verir ki, artıq bu məsələ yoluna qoyulub.

 

Futbolçulara deyilib ki, məşqə çıxsınlar və növbəti həftənin əvvəllində onların maaşları ödəniləcək. Bu haqda AFFA-dan baş məşqçi Etibar İbrahimova məlumat verilib, o da futbolçuları məlumatlandırıb. Yalnız bundan sonra futbolçular məşqləri bərpa edib.


Xəbər xətti