Ağır atletika üzrə mərhələ yarışları start götürüb - VİDEO

Sportarena.az      19 Yanvar 2018, 23:33

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları start götürüb.

 

Sportarena.az xəbər verir ki, Xırdalanda yerləşən AAAF Park Yaşayış Kompleksinin yarış zalında ilk olaraq Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdakı bütün idman cəmiyyətlərindən olan atletlər mübarizəyə qoşulublar. Bu yarışın ardınca, 23-24 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, yanvarın 26-27-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

 

İldə 4 dəfə keçirilən mərhələ yarışlarının təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin