Rafael Ağayev zədəli-zədəli FİNALDA

11:40 26 Yanvar 2019

Karate üzrə Azərbaycan millisinin üzvü Rafael Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Karate1” Premyer Liqa turnirinin finalına yüksəlib.

 

Sportarena.az xəbər verir ki, ikinci görüşün ortalarında çənəsindən zədələnən R.Ağayev sonrakı iki görüşdə də qalib gəlib. Yarımfinalda sifətindən daha bir zədə alan karateçimiz, bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.

 

Daha üç idmançımız, Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsalar da, medal qazanmaq şansını əldən veriblər.



Digər xəbərlər

Xəbər xətti