Millimizin sonuncu rəqibi bəlli oldu

14:50 26 Yanvar 2019

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Cənubi Kipr yığması B qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb.

 

Qeyd edək ki, yığmamız Sloveniya, Hollandiya və Cənubi Kiprlə birgə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları martın 26-dan 31-dək Sloveniyada təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti