Novak Cokoviç tennis tarixinə düşdü

21:30 27 Yanvar 2019

Kişilər arasında “Australian Open-2019” turnirinin final görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin finalında serbiyalı Novak Cokoviç ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.Məlumat üçün bildirək ki, bu tennisçilər 53-cü dəfədir ki, bir biri ilə görüşürlər. Onların 28-də Novak, 25-də isə Rafael qalib ayrılıb.

 

İki saatdan artıq davam edən görüş N.Cokoviçin qələbəsi ilə başa çatıb (6:3, 6:2, 6:3). Serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub.

 

Qeyd edək ki, Novak karyerası ərzində 73 titul qazanmaqla tennis tarixində yeni rekorda imza atıb.


Digər xəbərlər

Xəbər xətti