Rafael Ağayev “Yaxşıların yaxşısı” oldu - FOTOLAR

17:22 28 Yanvar 2019

Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev Fransanın paytaxtı Parisdə mükafatlandırılıb.

 

Sportarena.az xəbər verir ki, o, ötən il göstərdiyi nəticələrə görə “Yaxşıların yaxşısı” (Best of the Best) mükafatına layiq görülüb.Ondan başqa bu mükafat 12 karateçiyə verilib. Bunlar Türkiyədən Serap Özçelik, Uğur Aktaş, Burak Uyqur, Eray Şamdan, Fransadan Qvendolin Filip, Alize Aqye, Yaponiyadan Ryo Kiyuna, Ayumi Uekusa, İspaniyadan Sandra Sançes, İtaliyadan Sara Kardin və Almaniyadan Yonatan Hornedir. Onlara mükafatı Yaponiyanın Fransadakı səfiri Masato Kitera təqdim edib.

 

Dünya Karate Federasiyasının ispaniyalı prezidenti Antonio Espinos və həmin qurumun yaponiyalı baş katibi Toshihisa Naqura da mükafatlandırma mərasimində iştirak ediblər.



Digər xəbərlər

Xəbər xətti