Elnur Səmədov Rusiya çempionu oldu

11:52 3 Fevral 2019

 Azərbaycanəsilli idmançı Elnur Səmədov yüngül çəkidə peşəkarlar arasında Rusiyanın boks üzrə çempionu olub.

 

Sportarena.az xəbər verir ki, Səmədov Ümumrusiya Boks Forumu çərçivəsində Anapada keçirilən təkbətək döyüşdə Visxan Murzabekovu məğlub edib.25 yaşlı Elnur apreldə Prezident Kubokunun seçmə turnirinin yarımfinal döyüşündə erməniəsilli döyüşçü Ayk Şahnazaryanla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti