Karateçilərimiz qızıl medalların sayını 3-ə çatdırdı - FOTOLAR

Sportarena.az      10 Fevral 2018, 13:25

Danimarkanın Aalborq şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci qitə çempionatında karate üzrə yığma komandamız daha bir qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu dəfə komandamızın aktivinə qızıl medalı Əminağa Quliyev yazdırıb. Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (61 kq) 16-17 yaşlı gənclər arasında qitə çempionu olub. Bununla da Azərbaycan karateçilərinin Avropa çempionatında qazandıqları qızıl medalların sayı üçə çatıb.

 

Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) qızıl, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) isə bürünc medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin