Türkiyə klubunun futbolçusu rəqibini dişlədi - FOTOFAKT

10:46 11 Fevral 2019

Türkiyə Superliqasında keçirilən “Konyaspor” – “Yeni Malatyaspor” oyununda qalmaqallı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, 0:1 hesabı ilə geridə olan meydan sahibləri matçın son dəqiqələrində penalti vurmaq hüququ qazanıb. Konyalıların futbolçusu Adis Yahoviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Makedoniyalı hücumçu daha sonra oyunun yenidən tez başlaması üçün topu götürərək meydanın mərkəzinə aparmaq istəyib. Lakin qonaqların qapıçısı Fabien Farnolle buna mane olmaq istəyib. Əsəblərinə hakim ola bilməyən Yahoviç isə qolkiperi dişləyib. Onun bu hərəkəti Türkiyədə böyük səs-küy yaradıb.



Xəbər xətti