SOCAR-da toplantı: AFFA milliyə baş məşqçini bu gün təyin edəcək

16:21 11 Fevral 2019

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

 

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

2. Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi

3. Digər məsələlər

 

İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb.Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti