Qurban Qurbanov İK-nın iclasına niyə qatılmadı? - AFFA-DAN MÜNASİBƏT

10:36 12 Fevral 2019

Xəbər verdiyimiz kimi, dünən AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

 

Sportarena.az xəbər verir ki,Asossiasiyanın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilən iclasda milli komandalarımıza baş məşqçilər təyin olunub.

 

Qərarlara əsasən, Nikola Yurçeviç əsas, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15 və U-16 yığmalarımıza rəhbərlik edəcək. Miloş Velebit həmçinin, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək. 

 

İcraiyyə Komitəsinin iclasında əsas diqqət çəkən məqam Qurban Qurbanovun toplantıda iştirak etməməsi oldu. AFFA-nın yaydığı şəkillərin heç birində hazırda "Qarabağ"a başçılıq edən millinin sabiq çalışdırıcısı yoxdu.

 

Bunun səbəbini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departementinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi Fanat.Az-a açıqlamasında bunları dedi:

 

"İcraiyyə Komitəsinin elə bir iclası yoxdu ki, bütün üzvlər ora dəvət olunmasın. Dünənki iclasa da hamı dəvət edilmişdi".

 

"Bəs toplantıda iştirak etməyənlərin yeni baş məşqçi ilə bağlı fikirləri öyrənilirmi" sualına Firuz Abdullanın cavabı belə oldu:

 

"Təbii ki, bütün üzvlər fikirlərini deyir. Amma iclas qapalı olduğu üçün bizim bunu açıqlamaq ixtiyarımız yoxdu. Fərdi olaraq bu barədə özləri danışa bilər".


Digər xəbərlər

Xəbər xətti