Azərbaycan – Türkiyə oyununun hakimləri məlum oldu

12:42 14 Fevral 2019

Fevralın 19-da və 21-də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunları keçiriləcək. 

 

Sportarena.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşmaların təyinatları açıqlanıb.

 

Hər iki görüşü Azərbaycan hakimləri idarə edəcək. İlk matçda Azər Əsgərov, ikinci qarşılaşmada Hikmət Qafarlı ədaləti qoruyacaq.

 

Yoldaşlıq oyunları 

19 fevral

19:00. Azərbaycan U-19 – Türkiyə U-19

Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov

Bakı İdman Sarayı. 

 

21 fevral

19:00. Azərbaycan U-19 – Türkiyə U-19

Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov

Bakı İdman Sarayı. 


Xəbər xətti