"Bu dəfə səhvsiz oynadıq" - Murat kaya

Sportarena.az      21 Fevral 2018, 22:30

"Birinci oyunda müdafiədə müəyyən səhvlərə yol vermişdik. Dünən məşq zamanı onları düzəltməyə çalışdıq”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Türkiyə U-19 millisinin baş məşqçisi Murat Kaya deyib.

 

Hazırlıq oyununda millimizlə qarşılaşan qardaş ölkə yığması böyükhesablı qələbə qazanıb – 10:1. Matçdan sonra açıqlama verən türk mütəxəssis fikirlərini bölüşüb: 

 

"Bilirdik ki, rəqibimiz əsas standart vəziyyətlər zamanı təhlükəli olur. Bu dəfə səhvsiz oynadıq, sürəti artırmağa çalışdıq. Göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı oyunlar oldu”.

 

Qeyd edək ki, iki komanda arasındakı ilk qarşılaşmada da Türkiyə yığması qələbə qazanmışdı – 5:3.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin