Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi

10:16 22 Fevral 2019

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib. 

 

AGF-dən Sportarena.az-a verilən məlumata görə, federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb. 

 

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti