“Sarı jiletlilər”in aksiyasına görə PSJ-nin oyunu təxirə salındı

21:05 25 Fevral 2019

Fransa çempionatının "Nant" - PSJ oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, buna "sarı jiletlilər”in etiraz aksiyası səbəb olub. Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.XXVIII turun martın 9-a nəzərdə matçı başqa vaxt keçiriləcək. Həmin tarixdə böyük küçə mitinqləri planlaşdırıldığı üçün hüquq-mühafizə orqanları azarkeşlərin təhlükəsizliyinin lazımı səviyyədə təmin ediləcəyindən əmin deyillər. Oyunun hansı tarixdə keçiriləcəyi dəqiqləşməyib.


Digər xəbərlər

Xəbər xətti