Millimizin elit-raunddakı oyunlarının saatı məlum oldu

Sportarena.az      26 Fevral 2018, 16:02

19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 1-ci qrupda mübarizə aparacaq komandamızın hər 3 görüşü Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını "Krasnodar" klubunun akademiyasının meydanında, son oyununu isə "Kuban” stadionunda keçirəcək.

 

Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək

 

Qeyd edək ki, Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin