Millimizin "Qəbələ"li üzvü “Bailando” oxuyur, rəqs edir - VİDEO

13:59 27 Fevral 2019

Boks millimizin kubalı legioneri Alfonso Dominqes, sən demə, ancaq idmanla məşğul olmurmuş. 

 

Sportarena.az xəbər verir ki, idmançının həm gözəl səsi, həm də rəqs etmək qabiliyyəti varmış.“Qəbələ” İdman Klubunun boksçusu müğənni kimi ad çıxarmağı bacarıb. Dediyinə görə, onu, hətta tədbirlərdə ifa etməyə çağıranlar olub.

 

Sözügedən videoda onun Enrike İqlesiasın “Bailando” (Rəqs) mahnısını ifa edə-edə rəqs etdiyi görünür.

 

Alfonso Dominqes ötən ilin sonunda boks üzrə Azərbaycan çempionatının 81 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medal qazanmaqla kifayətlənib.

 

 


Digər xəbərlər

Xəbər xətti