Kişi voleybolçularımızın rəqibləri məlum oldu

13:28 1 Mart 2019

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Gümüş Avropa Liqası yarışlarında iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Fərid Cəlilovun yetirmələri “B” qrupunda Danimarka, Rumıniya və Gürcüstan yığmaları ilə qarşılaşacaqlar.Yunanıstan, Avstriya, Macarıstan, Bosniya və Herseqovina komandaları isə “A” qrupunda mübarizə aparacaq. Turnirin qrup mərhələsinin oyunları mayın 25-dən iyunun 15-dək keçiriləcək.

 

Qeyd edək ki, qrupun qalibləri finalda üz-üzə gələcəklər. Turnirin qalibi isə növbəti mövsümdən Qızıl Avropa Liqasında mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti