“Barselona” “Real”ı yenə diz çökdürdü - VİDEO

02:33 3 Mart 2019

İspaniya La Liqasında 26-cı tur mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona” ilə qarşılaşıb.

 

Sportarena.az xəbər veri ki, bir neçə gün öncə İspaniya kubokunun yarımfinalında rəqibini 3:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə də qalib gəlib.Kataloniya təmsilçisi 26-cı dəqiqədə İvan Rakitiçin vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.Bu qələbədən sonra “Barselona” xalını 60-a çatdırıb və 3-cü pillədəki “Real”la xal fərqi 12-yə yüksəlib. “Atletiko” isə 50 xalla ikincidir.

 

Qeyd edək ki, “Barselona” son bir ay ərzində oynadığı üç “El Klassiko”da 2 qələbə qazanıb, 1 oyun isə bərabərə bitib.

 

 


Digər xəbərlər

Xəbər xətti