"Azərbaycanla oyunda qələbə qazanmalıyıq" - Xorvatiya millisinin baş məşqçisi

Sportarena.az      4 Mart 2018, 22:44

Xorvatiya millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsinin ilk oyununda Azərbaycan yığmasını qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, "damalılar"In çalışdırıcısı Zlatko Daliç açıqlama verib. 52 yaşlı mütəxəssis rəqibləri ciddi qəbul etməli olduqlarını deyib:

 

"Çox zamanımız yoxdur. Ciddi və məsuliyyətli olmaq önəmlidir. Bir az işimiz çətin olacaq. İndi oyun stilini dəyişməliyik. Səbirli olmalı, topa nəzarət etməli və matça dominantlıq edən komanda olmalıyıq. Ümid edirəm ki, sağlam komanda olacağıq. Həm də rəqiblərimizi ciddi şəkildə qəbul etməliyik".

 

Daliç millimiz barədə bunları deyib: "Azərbaycanın müdafiə blokunu qırmaq çətindir. Əks-hücumlarda və meydanın mərkəzində onların qarşısını kəsməliyik. Onların yeni baş məşqçisi Nikola Yurçeviçdir. O, bizi yaxşı tanıyır. Buna görə bizə daha da çətin olacaq. Toplanış çərçivəsində rəqib barədə daha çox məlumat toplayacağıq. Bu oyunda qələbə qazanmalıyıq, hər şey özümüzdən asılıdır. Böyük stadionda oynayacağıq və azarkeşlərdən də dəstək gözləyirik. Bu olsa, bizə heç kim nəsə edə bilməz".

 

Xorvatiya seçməsi millimizlə oyundan 3 gün sonra Macarıstan yığmasının qonağı olacaq. Daliç bu görüşü çətin sınaq adlandırıb: "Seçmə mərhələnin ilk oyunları çətin olur. Budapeştə stadionun azarkeşlərlə dolu olacağını gözləyirik. Biz dünya üçün maqnit kimiyik, əgər rahatlaşsaq, problemlər olacaq. Uels, Macarıstan, Slovakiya son Avropa çempionatının iştirakçısı olub. Ehtimal edirəm ki, Macarıstan səfəri qrupun ən ağır oyunlarında biri olacaq".

 

Qeyd edək ki, Xorvatiya millimizi martın 21-də qəbul edəcək, üç gün sonra isə Macarıstanın qonağı olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin