“Zirvə”nin boksçularından iki qızıl və bir bürünc medal - VİDEO

15:45 5 Mart 2019

Bakıda yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib.

 

Sportarena.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 2003-2004 təvəllüdlü idmançılar mübarizə aparıb. Birinciliyə 50-yə yaxın komandanın 268 idmançısı qatılıb. Onların arasında məşqçilər Nurlan Məmmədov və Cəbrayıl Məmmədovun rəhbərliyi altında “Zirvə” Beynəlxalq İdman Klublarının boksçuları da olub və medalçılar sırasında “Zirvə”çilər də var.

 

46 kq çəki dərəcəsində Mirzağa Hüseynli birincilikdə bürünc medala yiyələnib.48 kq çəki dərəcəsində isə Zaur Qəhrəmanov çıxış edib. “Zirvə”nin boksçusu bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni uğura 66 kq çəki dərəcəsində Sayadulla Nəsirov da imza atıb. O da öz çəkisində hər kəsdən güclü olmağı bacarıb və qızıl medala layiq görülüb.

 

Boksçularımızın yarışını “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da izləyib və gördüklərindən razı qalıb. Bununla yanaşı, məşhur boksçu, tanınmış idman xadimi Tofiq Babanlı və Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abıyev də “Zirvə”nin idmançılarının çıxışını təqdir edib, klubun fəaliyyətinə uğurlar arzulayıblar. 

 

 


Digər xəbərlər

Xəbər xətti