I Divizionda 18-ci turun 3 oyunu CANLI YAYIMLANACAQ

17:00 5 Mart 2019

Azərbaycan I Divizionunda 18-ci turun görüşlərindən 3-ü canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, lider MOİK səfərdə 1 xal qabaqladığı "Sumqayıt-2"nin qonağı olacaq. Martın 7-də baş tutacaq görüş "CBC Sport" kanalı vasitəsiylə canlı yayımlanacaq.

 

Günün digər görüşündə "Şüvəlan" "Neftçi-2"ni qəbul edəcək. Sözügedən qarşılaşma Peşəkar Futbol Liqasının "YouTube" kanalında canlı yayımda təqdim ediləcək.Martın 8-də "Turan Tovuz" "Qaradağ Lökbatan"la üz-üzə gələcək. Tovuzda reallaşacaq görüşü PFL-in "YouTube" kanalı canlı yayımlayacaq.

 

Qeyd edək ki, hər üç oyun 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti