“Azərbaycanla oyunda xal itirmək olmaz” - AÇIQLAMA

Sportarena.az      6 Mart 2018, 13:56

“Milliyə qayıtdığım üçün çox sevinirəm. Bu mənim üçün yaxşı oldu”.

 

Sportarena.az xəbər verir ki, bunu Xorvatiya yığmasının müdafiəçisi Marin Leovats deyib.2016-cı ildən sonra yığmaya çağırılmayan sol cinah müdafiəçisi heyətdəki ciddi itkilər üzündən yenidən dəvət alıb. 31 yaşlı futbolçu bunu Zaqreb "Dinamo"sunun heyətindəki uğurlu çıxışı ilə əlaqələndirib.

 
O, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun haqda da danışıb: “Görünür, “Dinamo”dakı çıxışım baş məşqçini qane edib. Zaqreb klubu keyfiyyətlərimi üzə çıxarmağımda kömək etdi. Azarkeşlərin, komanda yoldaşlarımın və texniki heyətin tələblərini qarşılamaq üçün əlimdən gələni edəcəm. Azərbaycanla oyunda şans verilərsə, bacarığımı ortaya qoyacam. Təbii ki, hədəfimiz doğma azarkeşlər önündə qələbə qazanmaq və uğurlu başlanğıc etmək olacaq. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə xal itirmək olmaz”.

 

Qeyd edək ki, Xorvatiya qrupda ilk oyununu martın 21-də “Maksimir” stadionunda yığmamıza qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin