"Barselona" ən çox İZLƏNİLƏN KLUB OLDU

Sportarena.az      7 Mart 2019 , 03:39

“YouTube” kanalı fevral ayında ən çox izlənilən dünya futbol klublarının siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda birinci yerdə 20 milyon 600 min baxışla İspaniyanın “Barselona” klubu qərarlaşıb. Buna səbəb klubun fevralda 2 dəfə “Real Madrid”lə qarşılaşması olub. Bundan əlavə Kataloniya təmsilçisi bu ayda “Valensiya”, “Atletiko Bilbao”, “Real Valledolid” və “Sevilya” ilə maraqlı oyunlar keçirib.

 

Siyahıda ikinci pillədə İngiltərənin “Mançester Yunayted” klubu yer alıb. Mançester təmsilçisi 13 milyon 900 min baxış toplayıb. “Mançester Siti” isə 7 milyon 860 min baxış sayı ilə üçüncü olub. “Mançester Siti”dən 340 min baxış geridə olan Fransanın “Paris Sen-Jermen” klubu 7 milyon 520 min göstərici ilə dördüncü, “Liverpul” isə 6 milyon 670 minlə beşinci olub.

 

Qeyd edək ki, İstanbulun “Fənərbağça” klubu 5 milyon 500 min baxışla onuncu yerdədir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin