Azərbaycan kubokunda 1/4 finalın cütləri bəlli oldu

13:00 7 Mart 2019

Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, dünən keçirilən oyunlarla daha üç 1/4 finalçı müəyyənləşib.Bununla eyni zamanda növbəti mərhələnin cütlükləri də bəlli olub. Yüksək Liqada çempionluq uğrunda mübarizə aparan "Araz"la EKOL kubokun erkən finalında üz-üzə gələcəklər.

 

Yoluna davam edən digər elita təmsilçiləri "Neftçi" və "Xəzər Cənub" aşağı liqa komandalarını sınağa çəkəcək. Digər cütlükdə isə birinci liqanın lideri "Baku Fire" ilə ikinci liqada çıxış edən "Advokat" yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq.

 

1/4 finalın cütlükləri

 

"Neftçi" - "Obolon"

"Advokat" - "Baku Fire"

"Xəzər Cənub" - "Təbriz"

EKOL - "Araz"


Digər xəbərlər

Xəbər xətti