Azərbaycan millisinin hazırlıq planı açıqlandı

21:11 7 Mart 2019

Azərbaycan millisinin hazırlıq planı açıqlanıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, "Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.

 

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də "Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

 

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.


Xəbər xətti