Ramil Şeydayev Rusiya Premyer Liqasında 2-ci qolunu vurdu

Sportarena.az      9 Mart 2018, 17:59

Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.  

 

Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.

 

Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin