Azərbaycanlı ağır atlet ABŞ-da dünya üçüncüsü oldu

Sportarena.az      11 Mart 2018, 14:58

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi davam edir. 

 

Sportarena.az xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığmasının üzvləri də iştirak edir.

 

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. 67 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

 

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

 

Qasımov sevincini Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına sevincini bölüşüb: "Yaxşı yarış oldu, mən də uğurlu çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimlərimizə, bir sözlə, əməyi olan hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu. Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qarşıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, istəyinə nail ola bildim”.

 

Qeyd edək ki, digər idmançımız Ömər Cavadov da 55 kq çəkidə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin