Məşhur idmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verildi - YENİLƏNİB

Sportarena.az      12 Mart 2018, 14:42

Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

 

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

 

****

İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

 

Sportarena.az REAL-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin