Ronaldo Simeoneyə cavab verdi - Eyni jesti etdi + VİDEO

15:03 13 Mart 2019

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus”un ulduzu Kriştianu Ronaldo qeyri-etik jesti ilə də yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, 3 qolla tarix yazan portuqaliyalı futbolçu hərəkəti ilə rəqibin baş məşqçisi Dieqo Simeoneyə cavab verib. Kriştianu Simeonenin ilk matçda etdiyi hərəkətin eynisini edib. 

 

Qeyd edək ki, Dieqo Simeone Madriddə keçirilən və 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra üzünü azarkeşlərə tutaraq qeyri-etik jest etmişdi. Matçdan sonra o bildirmişdi ki, bu hərəkətləri azarkeşlərə “yumurtalarımız var” demək üçün göstərmişəm. 

 

UEFA isə argentinalı çalışdırıcını 20 min avro cərimələmişdi. Analoji cəzanın Ronaldoya da veriləcəyini ehtimal etmək olar.             

 

  


Digər xəbərlər

Xəbər xətti