Ronaldonun qolları xanımını ağlatdı - FOTOLAR

Sportarena.az      13 Mart 2018, 15:30

UEFA  Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə matçda 3 qol vuraraq komandasının möhtəşəm geridönüş etməsinə səbəb olan “Yuventus”un ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez diqqət mərkəzinə düşüb.  

 

Sportarena.az xəbər verir ki, o, portuqaliyalı ulduzun vurduğu 3-cü qoldan sonra göz yaşlarını saxlaya bilməyib. Corcinanın gözlərinin dolması həm matçı yayımlayan operatorların, həm də fotoqrafların gözündən yayınmayıb. 

 

Rodrigez qarşılaşmadan sonra isə hisslərini belə ifadə edib: “Futbol daim səninlədir. Sən güclüsən, komanda yoldaşlarının, baş məşqçinin fəxrisən. Bu qələbəni, vurduğun qolları daim haqq edirsən. Uşaqların və mən səninlə fəxr edirik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin