Yurçeviç milliyə 23 futbolçu dəvət etdi - KAMRAN AĞAYEV KƏNARDA QALDI

21:43 13 Mart 2019

"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç yığmaya 23 futbolçu dəvət edib. 

 

Maraqlıdır ki, kapitan Kamran Ağayevi milliyə çağırmayan xorvatiyalı mütəxəssis uzun müddətdir yığmadan kənarda qalan Eddi İsrafilova dəvət göndərib. Bundan başqa, Aleksey İsayev, Əli Babayev, Ömər Buludov kimi futbolçular ilk dəfə yığmaya çağırılıblar.

 

Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ)

 

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail)

 

Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt), Aleksey İsayev (Sumqayıt), Dmitri Nazarov ("Erzgebirge", Almaniya), Mahir Mədətov (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Araz Abdullayev (Qarabağ)

 

Hücumçular: Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen, Almaniya), Mirabdulla Abbasov (Neftçi)

 

Qeyd edək ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.


Digər xəbərlər

Xəbər xətti