“Ronaldo mənim kimi xarakter göstərdi” - Simeone

Sportarena.az      13 Mart 2018, 22:34

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Yuventus”a 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Atletiko"nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis “Yuventus”un qələbəyə layiq olduğunu söyləyib: “Yuventus”u təbrik etməliyəm, çünki buna layiq idilər. Bizdən daha yaxşı oynadılar və zəfəri haqq etdilər. Biz çox səhvlər etdik, ancaq rəqib taktiki cəhətdən çox üstün idi. Bu qarşılaşmanın ən pis oyunumuz olduğunu düşünmürəm. Xarakter əskikliyi görmədim. Sadəcə, rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol şansımız oldu, lakin fasilədən sonra heç hücum da edə bilmədik”.
 

Argentinalı mütəxəssis “Yuventus”un heyətində het-trik edən Kriştiano Ronaldonun onun ilk matçdakı hərəkətini təkrarlamağı barədə bunları deyib: “Ronaldo dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldo gördü ki, mən bu hərəkəti “Vanda Metropolitano”da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldo belə böyük klubun ruhunu nümayiş etdirdi”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin