Olimpiya çempionu Elnur Məmmədli qəzaya düşdü - FOTOLAR

Sportarena.az      14 Mart 2018, 10:40

2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

 

Sportarena.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.Belə ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı "VAZ 21 08" markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı "KİA Cadenza” markalı avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin