“Qarabağ” və “Qəbələ” futbolçuları prezidentlə görüşdülər - FOTOFAKT

13:37 14 Mart 2019

Albaniya prezidenti İlir Meta ölkəmizə səfər edib.  

 

Sportarena.az xəbər verir ki, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan VII Qlobal Bakı forumunda iştirak edir.Səfər çərçivəsində ölkəmizdə çıxış edən albaniyalı futbolçular - Sabien Lilay ("Qəbələ") və Ansi Aqolli ("Qarabağ") ölkə başçısı ilə görüşmək imkanı əldə ediblər. Futbolçular görüşə görə ölkə başçısına təşəkkür ediblər. 

 

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha mərkəzin üzvləridir. 



Xəbər xətti