“İnter”in Avropa Liqası macərası yarımçıq qaldı - VİDEO

10:24 15 Mart 2019

Avropa Liqasında 1/8 final mərhələsinin daha bir sürprizi İtaliyada yaşanıb.

 

Sportarena.az xəbər verir ki, ilk matçda səfərdə “Ayntraxt”la qolsuz bərabərə qalan “İnter” öz meydanında məğlub olub.Bu mövsüm parlaq çıxışı ilə nəhəng klubların transfer siyahısına düşən Luka Yoviçin 6-cı dəqiqədə vurduğu qol “Ayntraxt”a 1:0 hesablı qələbə qazandırıb.

 

Beləliklə, Frankfurt təmsilçisi ¼ finala yüksəlib, “İnter” isə Avroliqadakı çıxışını dayandırıb.

 

 


Xəbər xətti