Maykl Esyen Bakıda - “Səbail” – “Qarabağ” matçını izləyəcək

11:11 15 Mart 2019

“Səbail”in heyətinə qatmaq istədiyi dünyaca məşhur futbolçu Maykl Esyen Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Bildirilib ki, bu gün paytaxtımıza gələn qanalı futbolçu “Bayıl Arena”da keçiriləcək "Səbail" – “Qarabağ” oyununu da tribunadan canlı izləyəcək.

 
Qeyd edək ki, Esyenin yaxın 1-2 gündə “Səbail”lə rəsmi müqavilə imzalayacağı gözlənilir. Vaxtı ilə “Lion”, “Çelsi”, “Real” və “Milan” kimi komandaların formasını geyinmiş yarımmüdafiəçinin Bakı klubu ilə sözləşməsinin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək.


Xəbər xətti