"Qəbələ"nin "Neftçi" ilə 48-ci dueli

Sportarena.az      15 Mart 2018, 11:55

Topaz Premyer Liqasında 3-cü dövrənin son oyunları bu həftə keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, 21-ci turda “Qəbələ” “Neftçi” ilə görüşəcək. Martın 21-dəki qarşılaşma paytaxt təmsilçisinin meydanında keçiriləcək.Bu, iki komanda arasında 48-ci duel olacaq. İndiyədək baş tutan 47 matçda 17 qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” daha çox – 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.

 

24-cü dəfə “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan "Qəbələ" 31 top buraxıb.

 

Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində olub. 16 dəfə meydandan üç xalla ayrılan “Qəbələ” 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə komandamızın xeyrinədir – 55:54.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin