Qurban Qurbanov: "Ansi Aqolli əsl “Qarabağ”lıdır"

22:20 15 Mart 2019

"Bu gün vacib üç xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXI turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 

 

Baş məşqçi müdafiə xəttinin, xüsusilə Bədavi Hüseynovun etdiyi səhvlərə münasibət bildirib: "Səhvsiz mümkün deyil. Tək Bədavi səhv etmədi. "Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldu. Ancaq ümumən futbolçulardan razı qaldı".

 

Qurbanov bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli haqda da danışıb: "Futbol sahəmizdə elə bir insan yoxdu ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdi. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədi. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədi və çox nadi hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl "Qarabağ”lıdı".


Digər xəbərlər

Xəbər xətti