Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev,  vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb. 
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA rəhbərliyi AÇ-2020-in seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.  
                       
                                                
                        
 
                
                              
 
                       
                                            
 
