Boksçumuz Avropa çempionu oldu

15:22 18 Mart 2019

 Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.91 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan boksçu həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesablı qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

 

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. M. Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

 

Qeyd edək ki, kişilərdən ibarət yığma komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.


Digər xəbərlər

Xəbər xətti