“Riçard Almeydaya qarşı diqqətli olmalıyıq” - Xorvatiya millisinin baş məşqçisi

Sportarena.az      18 Mart 2018, 16:55

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis müdafiə xəttindəki problemlərdən danışıb: “Azarkeşləri oyuna dəvət edirəm. Onların dəstəyinə ehtiyacımız var. Problemlərdən çox danışmaq istəmirəm. Mənfi düşüncələrə qapılmaq fikrində deyiləm. Sadəcə, müdafiə xəttində problemlər var. Əlimizdə olan futbolçular müdafiədə birgə çox oynamayıblar. Buna görə də kompakt olmaq çətindir. Azərbaycanla oyunda kimlərin müdafiədə olacağını danışmışıq. Hələ ki, yekun qərar vermədik. Lovre Kaliniçə də güvənim sonsuzdur. Ancaq digər qapıçımız Livakoviç də formadadır. İki gündə qərar verəcəyik. Yarımmüdafiə və irəli xəttdə oynyana oyunçularımızın vəziyyəti isə yaxşıdır”.
 

52 yaşlı mütəxəssis fərqli oyun sistemində oynayacaqlarını bildirib: “Oyun sistemimizi dünya çempionatındakı çıxışımızla müqayisədə dəyişməliyik. İndi yaxşı vəziyyətdəyik. Topa nəzarət etməli, əks-hücum şansı gözləməli deyilik. Topu itirdikdə isə dərhal ələ keçirməliyik”.
 

Xorvatiyalı mütəxəssis yığmaya ilk dəfə dəvət alan Zaqreb “Dinamo”sunun hücumçusu Bruno Petkoviç barədə bunları söyləyib: “Petkoviç bizə lazımlıdır və qapanan müdafiə xəttinə faydalı futbolçudur. Rebiçin də necə durumda olacağını görəcəyik. Petkoviç bizə yardım olacaq”.
 

Zlatko Daliç millimizlə oyun haqda bu fikirləri səsləndirib: “Azərbaycan yığmasının heyətinə baxdım. Bəzi gənc futbolçuları dəvət ediblər. Ancaq təcrübəli və sabit futbolçuları da var. Braziliyalı futbolçu Riçard Almeydaya qarşı diqqətli olmalıyıq. Uzun ötürmələrə diqqət etməliyik. Azərbaycan ciddiyə alınacaq komandadır. Məsuliyyəti dərk edirik. Ciddi yanaşmasaq, problemlərimiz olacaq”.
 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də “Maksimir” stadionunda keçiriləcək. Bundan 3 gün sonra “damalılar” Macarıstanın qonağı olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin