UEFA Ronaldoya iş açdı - SON XƏBƏR

Sportarena.az      18 Mart 2018, 17:04

UEFA “Yuventus”un ulduzu Kriştianu Ronaldoya intizam işi açıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Atletiko” (3:0) ilə cavab matçında qeyri-etik hərəkət etməsidir. Son qərar isə martın 21-də veriləcək. 

 

Qeyd edək ki, Ronaldo geridönüş edib iki qarşılaşmanın nəticəsinə görə mərhələ adladıqları matçdan sonra qeyri-etik jest etmişdi. Bununla o, ilk matçda eyni jesti edən “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə cavab vermişdi. Simeone bu hərəkətinə görə qitə futbol qurumu tərəfindən 20 min avro civarında cərimələnmişdi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin