“Mançester Yunayted”in baş məşqçisi dəqiqləşdi

Sportarena.az      28 Mart 2018, 14:28

 "Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub. Norveçli mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

 

Qeyd edək ki, Sulşer ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini icra edirdi. Onunla 6 aylıq müqavilə imzalanmışdı. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 13 oyundan 10-da qalib gəlib, 1 matçda uduzub. "Qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin