Millimiz ikinci oyunda da darmadağın oldu

10:44 29 Mart 2019

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması ikinci oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, komandamız Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən görüşdə Hollandiya ilə qarşılaşıb. Oyun hollandların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Qeyd edək ki, yığmamız ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzub. Hollandiya isə Sloveniyaya 5:4 hesabı ilə qalib gəlib.
 

 
Hollandiya – Azərbaycan - 6:1
Qollar: Kevin Van Londen, (05:21); (10:16); Faikal Amheye, (21:03); Mohamed Saber Ben Khalou, (23:36); Nabil Azzanagui, (30:25); Fabian Hendriks, (39:40) - Kənan Əsədli, (22:10)


Digər xəbərlər

Xəbər xətti