Rafael Ağayev Avropa çempionatında finala çıxdı

11:15 29 Mart 2019

İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

 

Sportarena.az xəbər verir ki, turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev ardıcıl 4 rəqibini məğlub edərək final görüşünə vəsiqə qazanıb. O, 30 martda italiyalı Luici Busa ilə qızıl medal uğrunda döyüşə çıxacaq.

 

Qeyd edək ki, 28-31 mart tarixlərində baş tutacaq qitə çempionatında Azərbaycan 19 idmançı ilə təmsil olunur. Artıq onlardan 7-si məğlub olaraq mübarizəni dayandırıb.

 

-75 kq, Rafael Ağayev

1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0

2. Bekim Başa (Albaniya) - 3:1

3. Elhami Şabani (Kosova) - 3:0

4. Stanislav Horuna (Ukrayna) - 5:1

 

Final

Luici Busa (İtaliya) (şənbə günü)


Xəbər xətti