İdmançılarımız 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazandı

11:52 29 Mart 2019

Azərbaycan idmançıları Aşihara Karate növü üzrə Türkiyənin Antalya şəhərində baş tutan yeniyətmələr, gənclər və böyüklər arasında keçirilən Avrasiya Çempionatında iştirak ediblər.

 

Sportarena.az xəbər verir ki, 20 ölkədən 220 idmançının iştirak etdiyi turnirdə azərbaycanlı idmançılar uğurlu nəticə göstərməyi bacarıblar.11 idmançı ilə çempionatda təmsil olunan Azərbaycan 6 qızıl, 4 gümüş və 1 bürünc olmaqla, 11 medal qazanıb. Beləliklə, turnirdə iştirak edən bütün azərbaycanlı idmançılar evə medalla qayıdıblar.


Digər xəbərlər

Xəbər xətti